>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Hüseyn Abdullayev Vergilər naziri Fazil Məmmədova yazdı :"Vergidən qaçanın da, yalan deyənin də, yeddidən yetmişinə…"

Hüseyn Abdullayev Vergilər naziri Fazil Məmmədova yazdı :"Vergidən qaçanın da, yalan deyənin də, yeddidən yetmişinə…"
Hazırda mühacirətdə yaşayan Hüseyn Abdullayev özünün facebook səhifəsində məmurları tənqid edən növbəti statusunu paylaşıb. Xural.com Hüseyn Abdullayevin statusunu təqdim edir:

“Dəyərli dostlarım!!!
Deməli, bu yaxınlarda sosial mediadakı bəzi saytlar və sosial şəbəkələr vergilər naziri Fazil Məmmədovun qızının ”Böyük Saray” adlı şadlıq evindəki toy mərasimindən xəbər yayaraq, oradakı masaların bahalı (220 manatdan başlayaraq 500 manata qədər) olduğuna təəccübləniblər. Doğrusu, bu xəbəri oxuduqda, məni gülmək tutdu. Çünki dünyadan bixəbər və Fazil Məmmədovun necə qudurğan həyat tərzi keçirdiyini bilməyən yazarlar, onun hər dəfə xarici ölkələrə getdikdə qaldığı otel və prezident suitlərinin gecəsinin 18-20 min avro olduğunu bilsələr, əməlli-başlı şaşırarlar.
Bu, həmin Fazildir ki, sadəcə öz ailə maraqlarını düşünən və hər bir uğurlu biznesmeni özünə düşmən sayan mənə qarşı cinayət işi açaraq sonradan, xüsusilə böyük məbləğdə vergidən yayınma maddəsi ilə məni beynəlxalq axtarışa verdirdi. Elə həmin hadisənin axşamı, Kəmaləddin Heydərovun sponsorluğu altında fəliyyət göstərən APA informasiya agentliyi, onun ardınca ölkənin informasiya məkanında əsas fitnə-fəsad və şər-şəbədə ünsürü kimi tanınan “haqqın.az” və ANS TV, Bakının müxtəlif yerlərində çəkilişlər apararaq, qətiyyən mənə aid olmayan 500-dən artıq obyektin mənim olduğunu və böyük vergi qaçaqçısı olduğumu cəmiyyətə sırımaga başladılar. Söhbətimi bu yerə gətirməkdə məqsədim, öz övladlarının, eləcə də özlərinin xoşbəxtliyini Azərbaycan xalqının bədbəxtçiliyi və səfil gündə yaşaması üzərində quran məmurlara bəzi sualları ünvanlamaqdır.
Hüseyn Abdullayev Vergilər naziri Fazil Məmmədova yazdı :"Vergidən qaçanın da, yalan deyənin də, yeddidən yetmişinə…"
Cənablar!
Yəni siz həqiqətən də düşünürsünüz ki, pulunuz var və bərk ayaqda sabah bir şey olsa, çıxıb qaçmaqla canınızı qurtaracaqsınız!?.. Tutaq ki, siz bu gün millətin əzmkarlıq ruhunu sındırmısınız və onun da müqavimət göstərməyə gücü qalmayıb. Bəs sabahınızı necə, düşünmüsünüzmü?.. Heç bir Allahın qulu deyə bilməz ki, öz sabahkı günündən sığortalanıb. Onu bilin ki, dünyanın hansı bucağuna gedirsiniz gedin, İLAHİ ƏDALƏT sizi rahat buraxmayacaq. Ən azı, bütün arzuları puça çıxmış və sabaha ümidsiz baxan sınıq qəlblərin ahı sizləri tutacaq.
Fazil Məmmədov. Sənin gönünün qalın olduğunu və necə ictimai rəyləri heçə saydığını yaxşı bilirəm. Buna rəğmən, sənə bir neçə sual vermək istəyirəm. Sən çox yaxşı bilirsən ki, mən millət vəkili olarkən, sənin başçılıq etdiyin bu qurumun faktiki olaraq tam bir reket və “vımoqatel” (şantajçı) funksiyasını həyata keçirdiyini demişdim. Və aradan xeyli vaxt keçsə də, mənim nə qədər haqlı olduğum ortaya çıxdı. Sizlər adını ”Prezident tapşırıb, biz nə edə bilərik” deməklə, bu xalqa qarşı misli görünməmiş xəyanətlər etmisiniz. Məhz sənin kimi məmurların ucbatından, Azərbaycan dövlətçiliyi və onun əsas sütunları olan hüquq-mühafizə və məhkəmə sistemi iflic vəziyyətə düşdü. Mənim işimlə bağlı bütün məhkəmə instansiyalarına müraciət olsa da, sifarişi yerinə yetirən hakimlər pozulmuş hüquqlarımı bərpa etmədilər. Nəticədə həmin cinayət işi bu gün də açıq qalıb və mən bu səbəbdən öz doğma Vətənimə – Yurduma dönə bilmirəm.
Sevimli oxucularım!..
Sizi çox yormayım deyə, Fazil Məmmədova bir neçə sual verib, sözümü yekunlaşdırmaq istəyirəm. Eyy… Fazil Məmmədov, sən hansı üzlə və hansı dəlillərə istinadən məni və ailəmi vergidən qaçmaqda ittiham edirsən? Yaxşı, madam ki, sən dövlətin qanunlarına və ədalət prinsiplərinə məhəl qoymursan, onda eşit məni. Vergidən qaçanın da, yalan deyənin də, yeddidən yetmişinə…
Ə… mən Heydər Əliyevin ən ağır günündə ona arxa oldum ki, sənin kimi “d0rmoyedlər” (tüfeyli) gəlib mənə cinayətkar desin? Ə… mən pis niyyətli və kriminala meylli bir insan olsaydım, o vaxtkı qüvvələrlə separat danışıqlara gedərdim və bu gün sizlərin izi-tozu belə olmazdı heç.”
Teref.info olaraq bəzi kiçik ixtisarlarla Hüseyn Abdullayevin Xural.com-da dərc edilmiş statusunu sizlərə təqdim edirik!
Teref.info olaraq adları çəkilən hər kəsin fikirlərini dinləməyə hazırıq!
Teref.info