>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əsəd ölüm mesajı göndərdi: “Bu sənin son şansındır...”

Əsəd ölüm mesajı göndərdi: “Bu sənin son şansındır...”
Əsəd rejiminə məxsus helikopterlərdən İdlibdəki yaşayış məntəqələrinə təhdid mesajları atılıb.

Yerli KİV-in məlumatına görə, rejim əsgərlərinin atdıqları mesajlarda sakinlərə iki seçim təklif edilib.

Mesajda İdlibə hücum zaman ölən insanlardan birinin fotosunun üzərinə bu sözlər yazılıb: “Əlində silah tutub yola davam etmək, yoxsa silahı buraxıb təslim olmaq? Yaşamaq istəyirsənsə, silahı yerə qoy. Ya silahı yerə qoyacaqsan, ya da öləcəksən. Bu sənin son şansındır”.

Qeyd edək ki, Əsəd rejiminin İdlibə ardıcıl təşkil etdiyi hücumlar nəticəsində minlərlə insan həlak olub.