>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kuba, ABŞ və Meksika sahillərinə güclü fırtına yaxınlaşır

Kuba, ABŞ və Meksika sahillərinə güclü fırtına yaxınlaşır
Kuba, ABŞ və Meksika sahillərinə Karib dənizinin şimal-qərb hissəsindən “Alberto” fırtınası yaxınlaşır.



APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyi ABŞ Qasırğaları Müşahidə Mərkəzinə istinadən məlumat verib.



Məlumata əsasən, güclü külək və şiddətli yağışlar Yukatan yarımadası, Kubanın qərbi, ABŞ-ın Florida ştatı və Meksika körfəzinin şimal-şərq sahillərində fəsadlar törədə bilər.



Hazırda fırtınanın sürəti saatda 64 kilometr təşkil edir.