>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Ermənistan hərbçisinin meyiti döyüş postunda aşkarlanıb

Ermənistan hərbçisinin meyiti döyüş postunda aşkarlanıb
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, 1998-ci ildə doğulmuş Martlın Xaçatryanın meyiti döyüş postunda aşkarlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbçinin qarın nahiyəsində güllə yarası aşkar olunub.

O, Ermənistanın Gümrü bölgəsindən hərbi xidmətə çağırılıbmış.

Hadisə ilə bağlı araşdırma aparılır.