>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Grand Hospital” adını dəyişib -“Ege Hospital” kimi fəaliyyət göstərəcək

“Grand Hospital” adını dəyişib -“Ege Hospital” kimi fəaliyyət göstərəcək
Ölkənin ən məşhur özəl klinikası olan “Grand Hospital” adını dəyişib. Klinika bundan sonra “Ege Hospital” kimi fəaliyyət göstərəcək.

Teref.info-nun Axar.az-a istinadən verdiyi xəbərə görə klinikada bütün heyət dəyişib. Bu barədə sözügedən klinikanın mətbuat katibi Türkan Məmmədli məlumat verib. Onun sözlərinə görə:

“Bundan sonra “Grand Hospital” “Ege Hospital” kimi fəaliyyət göstərəcək. Klinikada Türkiyədən gəlmiş mütəxəssislər çalışacaq. Xüsusilə Türkiyənin məşhur “Ege Hospital”ının həkimləri bizim eyni adlı klinikada fəaliyyət göstərəcək”.

T.Məmmədli bildirib ki, klinikanın adını dəyişməsi ilə bağlı mətbuata geniş açıqlama veriləcək.

Qeyd edək ki, sözügedən məşhur klinika paytaxtın Həsən Əliyev küçəsi 38 ünvanında yerləşir.