>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Cəlilabadda poçtu yardılar...

Cəlilabadda poçtu yardılar...
Cəlilabad Rayon Polis Şöbəsinə mayın 19-na keçən gecə Göytəpə şəhəri ərazisindəki poçt şöbələrinin birindən 17 ədəd videoqəbuledici, 2 ədəd skaner aparatı, 1 ədəd elektrik tənzimləyicisi və dəftərxana ləvazimatlarının oğurlanması barədə müraciət daxil olub.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib. Görülmüş tədbirlərlə saxlanılan şəxsin Göytəpə şəhər sakini Məhəmməd Nurullayev olduğu müəyyən edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.