>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda maşın mikroavtobusla toqquşdu

Bakıda maşın mikroavtobusla toqquşdu
Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şossesində yol qəzası baş verib.

APA-nın xəbərinə görə, qəza zamanı "Mercedes" markalı mikroavtobusla eyni markadan olan minik maşını toqquşub.

Məlumata görə, Elvin Feyzilinin idarə etdiyi "Mercedes" markalı mikroavtobus texniki nasazlıq səbəbindən yolun kənarında dayanıb. Bu vaxt "Mercedes" markalı ikinci avtomobil gəldiyi sürətlə ona çırpılıb. İlkin ehtimala görə, minik maşınının sürücüsü sıxlıq olduğundan mikroavtobusu vaxtında görə bilməyib.

Nəticədə mikroavtobusda olan bir qadın sərnişin ciddi xəsarət alıb. O, əraziyə çağırılmış təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Nisbətən az, əl və üz nahiyələrindən yüngül xəsarət alan 3 sərnişin isə ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb.

Yol qəzasının təfərrüatları araşdırılır, hadisənin dəqiq səbəblərinə aydınlıq gətirilməsi üçün sürücülər polisə dəvət olunub.