>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda şok hadisə:maskalı şəxs ofisə basqın etdi, 29 yaşlı işçiyə 14 bıçaq zərbəsi vurdu

Bakıda şok hadisə:maskalı şəxs ofisə basqın etdi, 29 yaşlı işçiyə 14 bıçaq zərbəsi vurdu
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Naxçıvani küçəsi, 15 ünvanında yerləşən ofisə qarət məqsədi ilə edilən basqın zamanı qeydə alınıb.

Maskalı şəxs ofisə daxil olaraq oradakı seyfdən pulları aparmaq istəyib. Bu zaman onun qarşısına 1989-cu il təvəllüdlü Namazov Tərxan Süleyman oğlu çıxıb və onun bu əməlinin qarşısınıa alarkən, naməlum şəxs ona ümumilikdə 14 bıçaq zərbəsi vurub. Naməlum şəxs hadisə yerindən qaçıb.

Məlumata görə, yaralı çoxlu qan itirib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib/Report.