>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Volkswagen” loqosunu dəyişəcək

“Volkswagen” loqosunu dəyişəcək
Almaniyanın avtomobil istehçısı “Volkswagen” şirkəti gələn ildən loqosunu dəyişəcək.

“Report” xəbər verir ki, bu barədə şirkətin brend üzrə marketinq meneceri Yoxen Zenqpiel (Jochen Sengpiehl) məlumat verib.

Onun sözlərinə görə, yeni loqo elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına başlandığında tətbiq olunacaq. Şirkət bu istiqamətə 20 mlrd. avro və yaxud 25 mlrd. ABŞ dolları xərcləmək niyyətindədir.

Xatırladaq ki, əsası 1938-ci ildə qoyulmuş “Volkswagen” sonuncu dəfə loqosunu 2012-ci ildə dəyişib.