>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

ABŞ-da 8 yaşlı şagird bıçaqla məktəblilərə hücum edib, xəsarət alanlar var

ABŞ-da 8 yaşlı şagird bıçaqla məktəblilərə hücum edib, xəsarət alanlar var
ABŞ-da 8 yaşlı şagird məktəblilərə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məlumata görə, hadisə Minnesot ştatında baş verib. Hücum nəticəsində 8, 9 və 13 yaşlı üç şagird xəsarət alıb.

Hadisəni törədən şagird sorğu-sual edilib və sərbəst buraxılıb. Lakin istintaq davam edir.

Hücumun səbəbləri məlum deyil.