>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tanzaniyada daşqınlar 9 nəfərin həyatına son qoyub

Tanzaniyada daşqınlar 9 nəfərin həyatına son qoyub
Tanzaniyada daşqınlar 9 nəfərin həyatına son qoyub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Dar-üs-Salam şəhərində qeydə alınıb.

Qeyd edilir ki, 3 gündür fasiləsiz davam edən yağışlar şəhərdə daşqınlara və divarların uçmasına səbəb olub. Şəhərin polis rəisi Lazar Mambosasa bildirib ki, ölənlər arasında qadınlar, uşaqlar da var.

Yağış davam etdiyindən ölənlərin sayı arta bilər.

Yerli "Citizen" nəşri isə bildirib ki, daşqınlar evlərin uçmasına, nəqliyyat vasitələrinə və infrastruktur obyektlərinə ziyan dəyməsinə səbəb olub. Şəhərin hakimiyyət orqanları məktəblərin bağlanmasını tələb edib.