>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var
Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.



APA-nın məlumatına görə, Ziya Bünyadov prospektində qeydə alınmış avtoqəza zamanı "Porsche" markalı minik maşını ilə “Shacman" markalı yük maşını toqquşub.



Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.



Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.
Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var
Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var
Bakıda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var