>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib

Əfqanıstanda 20 “Taliban” üzvü məhv edilib
Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində ölkənin cənubunda “Taliban” hərəkatının 20-dək döyüşçüsü öldürülüb.



APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan daxili işlər nazirliyinin yaydığı açıqlamada bildirilir.



Məlumata əsasən, əməliyyat Gilmənd əyalətində keçirilib. Yerli əhali və təhlükəsizlik qüvvələri arasında itki yoxdur. Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda silah sursat müsadirə olunub.



“Taliban” hərəkatı bu məlumatlar barədə heç bir şərh verməyib.