>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Misirdə insan orqanı alveri ilə məşğul olan dəstə yaxalanıb

Misirdə insan orqanı alveri ilə məşğul olan dəstə yaxalanıb
Misir polisi paytaxt Qahirədə donor orqanlarının ticarəti ilə məşğul olan bir qrup həkim və vasitəçini yaxalayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi güc strukturlarındakı mənbəyə istinadən "Youm 7" nəşri yazıb.

Dəstəyə 7 nəfər daxil olub. Polislərin jurnalistlərə verdikləri məlumata görə, canilər aztəminatlı insanları, qaçqınları və pula ehtiyacı olan şəxsləri öz orqanlarını satmağa sövq ediblər. Bununla belə, onlar öz qurbanlarını orqan köçürülməsindən imtina və polisə müraciət etməmələri üçün maliyyə sənədləri imzalamağa məcbur ediblər.