>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Torqovıy"da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI

"Torqovıy"da meyiti tapılan gənc kimdir? - ADI AÇIQLANDI
Dünən səhər saatlarında Bakının Nizami küçəsi ("Tarqovıy" məhəllə adlanan ərazi) 50 ünvanının qarşısında meyiti tapılan gəncin şəxsiyyəti müəyyənləşdirilib. Lent.az xəbər verir ki, ölən şəxsin Abbasqulu Abbaszadə küçəsində yaşayan 1986-cı il təvəllüdlü Mikayılov Rasim Sərdar oğlu olması müəyyən edilib. Ölən şəxsin üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb. Onun ölüm səbəbini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin edilib.