>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Nigeriyada ağır yol qəzası: 22 məktəbli həlak olub

Nigeriyada ağır yol qəzası: 22 məktəbli həlak olub
Nigeriyanın Kano ştatında məktəbliləri daşıyan avtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 22 məktbəli və avtobusun sürücüsü həlak olub, 3 nəfər isə xəsarət alıb.

Kano ştatının yol hərəkəti xidmətinin nümayəndəsi Kabir İbrahim-Daura bildirib ki, həlak olan məktəblilərin 12-si oğlan və 10-u isə qız olub.

Polisin məlumatına görə, qəzaya hər iki sürücünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.