>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda müştəri ofisiant qadını döydü

Bakıda müştəri ofisiant qadını döydü
Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində döyülmə faktı qeydə alınıb.

“Ölkə.Az”-ın məlumatına görə, 1980-ci il təvəllüdlü Cahan Dadaşova 1962-ci il təvəllüdlü Məcnun Quliyev tərəfindən döyülməsi barədə 33-cü polis bölməsinə məlumat verib.

Qadın izahatında göstərib ki, hadisə kafedə baş verib. Belə ki, M.Quliyev kafedə yeyib-içdikdən sonra ofisant işləyən C.dadaşovanı təhqir edərək döyüb. Hazırda polis bölməsində təhqiqat araşdırmalarına başlanıb və M.Quliyevin izahatı alınıb.