>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Xızıda silahlı insidemt - Həbs olunan VAR

Xızıda silahlı insidemt - Həbs olunan VAR
Yanvarın 9-da Xızı rayonunun Giləzi qəsəbə sakini Rasim Cəbiyevin ayaq nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla yanvarın 6-da Giləzi qəsəbəsində qəsəbə sakini Azər Rəhimovun münaqişə zəminində tapançadan açdığı atəşlə R.Cəbiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə A.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, xaricdə istehsal olunmuş tapança götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.