>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Tokioda bıçaqlı hücum - 1 ölü

Tokioda bıçaqlı hücum - 1 ölü
Yaponiyanın paytaxtı Tokioda bıçaqla silahlanmış naməlum şəxs dörd nəfərdən ibarət qrupa hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə ağır yaralanıb.

Hücum edən şəxs hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları aparılır.