>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türkiyə təyyarəsi Belqradda təcili eniş etdi

Türkiyə təyyarəsi Belqradda təcili eniş etdi
“Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə Serbiyanın paytaxtı Belqradda təcili eniş edib

Buna səbəb pilotun özünü pis hiss etməsi olub.
Qeyd olunur ki, təyyarə uğurlu eniş etdikdən sonra pilot xəstəxanaya çatdırılıb.
İstanbuldan Frankfurta reys həyata keçirən təyyarədə 114 nəfərin olduğu bildirilir.
Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb.(Trend)