>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

KEÇMİŞ TELEAPARICI ALMANİYADAN SIĞINACAQ İSTƏDİ

KEÇMİŞ TELEAPARICI ALMANİYADAN SIĞINACAQ İSTƏDİ
Keçmiş teleaparıcı Tünzalə Rafiq qızı Almaniyadan sığınacaq alıb.

Lent.az-ın məlumatına görə, bu barədə o, feysbukda məlumat verib. Məlumatda deyilir ki, son dövrdə baş verən proseslər görə, jurnalist ölkəni tərk edib:

"Qızım Zəhranın səhhətində yaşanan ciddi problemlər məni Almaniyaya gəlib bu hökumətdən sığınacaq istəməyə vadar etdi. Doğma torpaqdan, yurd-yuvadan ayrılmaq çətin olsa da, mən buna məcbur idim. Atamın məzarından torpaq götürüb ölkəni birdəfəlik tərk etdim! Mən 40 illik həyatimi, 22 illik karyeramı sıfırladım. Mənən intihar etdim! Allahdan özümə və mənim vəziyyətimdə olanlara səbr diləyirəm”.