>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Brent" neftinin bir bareli 62 dollardan aşağı düşüb

"Brent" neftinin bir bareli 62 dollardan aşağı düşüb
"Brent" markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 62 dollardan aşağı düşüb.
“Report” xəbər verir ki, bu barədə ICE birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 21.53-ə olan məlumata görə, "Brent" neftinin bir bareli 61,92 dollar civarında satılıb.
"WTI" markalı yüngül neftin bir bareli 56,13 dollar təşkil edib.