>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda avtomobil yeniyetmə qızı vurub

Bakıda avtomobil yeniyetmə qızı vurub
Noyabrın 14-də axşam saatlarında Bakının Sabunçu rayonunda yeniyetmə qızı avtomobil vurub. APA-nın xəbərinə görə, yol qəzası Elşən Mehdiyev və Yavər Əliyev küçələrini birləşdirən dairənin yaxınlığında qeydə alınıb.

Məlumata görə, 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızı həmin ünvanda yolu keçən zaman yanında ailə üzvləri də olub. Ancaq yağışlı hava səbəbindən sürücü yeniyetmə qızı görməyib və onu vurub. V.Məmmədova dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun ayağının sındığı müəyyən olunub.

Yol qəzasının təfərrüatlarını Sabunçu polisi araşdırır. Artıq sürücünün ifadəsi də alınıb.