>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Dan İanku Rumıniya ilə Naxçıvan arasında əlaqələrin qurulmasında səylərini artıracaq

Dan İanku Rumıniya ilə Naxçıvan arasında əlaqələrin qurulmasında səylərini artıracaq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku ilə görüşüb.
"Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, V. Talıbov Dan İankunu ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, Azərbaycan-Rumıniya əlaqələrinin inkişafında və diplomatik münasibətlərin möhkəmləndirilməsində ona uğurlar arzulayıb.
Ölkələrimiz arasındakı əlaqələrdən bəhs edən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikası ilə Rumıniya arasında əməkdaşlığın inkişaf istiqamətlərini diqqətə çatdırıb, iqtisadi və təhsil sahəsində əlaqələrin qurulması üçün imkanların olduğunu vurğulayıb.
Səmimi görüşə görə minnətdarlıq edən Dan İanku əlamətdar tarixdə – Dövlət Bayrağı Gününün qeyd edildiyi günlərdə muxtar respublikaya səfərindən məmnunluğunu bildirib. Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə, eləcə də müasir inkişaf potensialına malik olduğunu bildirən səfir muxtar respublika ilə müxtəlif sahələrdə əlaqələrin qurulmasında və inkişafında səylərini artıracağını qeyd edib.