>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb

Paytaxtın 8-ci kilometr qəsəbəsində gənc oğlan bıçaqlanıb
Paytaxtın Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Report” xəbər verir ki, 8-ci kilometr qəsəbəsində şəxsiyyəti hələlik məlum olmayan təqribən 30 yaşlı kişi bıçaqlanıb.
Şahidlərin dediyinə görə, çoxlu qan itirən yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırılır.