>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İŞİD Dəməşqdəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Dəməşqdəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Dəməşqdə çərşənbə günü baş verən partlayışlara görə m\suliyyəti öz üzərinə götürüb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ərəb KİV-ləri məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 12-si Dəməşqdə, polis idarəsinin yaxınlığında 3 partlayış baş verib. Partlayışları terrorçu-kamikadzelər tərəfindən törədilib. Terror aktları nəticəsində azı 9 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.