>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb

Bakıda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb
Bakının Nizami rayonunda gənc oğlan tanışı tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
"Report"un xəbərinə görə, hadisə Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
23 yaşlı Şahbazov Fərid Vəlhəd oğlu hələlik adı açıqlanmayan tanışı tərəfindən bıçaqla vurulub. O, sol döş qəfəsi nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.