>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb

Bakıda qardaş bacısını döyərək bıçaqlayıb
Bakının Nizami rayonunda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1973-cü il təvəllüdlü Soltanova Rübabə Əkbər qızı 8-ci kilometr qəsəbəsi, 74 saylı qazanxananın yataqxanasında qardaşı ilə mübahisə edib.
Mübahisə zamanı qadın döyülüb və o əlindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.
Hazırda hadisəni törədən şəxs saxlanılıb.