>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

CL: "Real Madrid" 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu

CL:  "Real Madrid" 13-cü dəfə Çempionlar Liqasının qalibi oldu
"Real Madrid" klubu 13-cü dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Teref.info xəbər verir ki, İspaniyanın "Real Madrid" və İngiltərənin "Liverpul" klubları arasında Kiyevin "Olimpiya" stadionunda keçirilən final oyunu dramatik anlarla yadda qalıb.
Gərqin keçən ilk hissə qolsuz heç-heçə ilə başa çatıb. Fasilədə sonra madridlilər hesabı açıb. Kərim Benzema qapıçının səhvin bağışlamayıb - 1:0. Bu qoldan dörd dəqiqə sonra Sadio Mane hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın 64-ci dəqiqəsində Qaret Beyl gözəl qola imza atıb - 2:1. Oyunun əsas vaxtının qurarmasına yeddi dəqiqə qalmış Qaret Beyl 27 metirlik məsafədən vurduğu zərbə ilə oyunda son nöqtəni qoyub. Bu dəfə də “Liverpul”un qapıçısı kobud səhvə yol verib.
Beləliklə, Avropanın ən nüfuzlu klub turniri "Real Madrid" klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.