>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanla qarşılaşacaq

Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında Bolqarıstanla qarşılaşacaq
Bu gün qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III turun qarşılaşmaları start götürəcək.

"Report"un məlumatına görə, ilk iki matçda qalib gələn Azərbaycan millisi 3-cü cəhdində Bolqarıstanla üz-üzə gələcək.

Sofiyada Xristo Botev Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Oyunu Aleksandros Milonakislə (Yunanıstan) Çavdar Marev (Bolqarıstan) idarə edəcək. Qrupun digər görüşündə isə Portuqaliya Ukraynanı qəbul edəcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

Qızıl Avropa Liqası, A qrupu, III tur

18:00. Bolqarıstan - Azərbaycan

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı