>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır

Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

Trend-in məlumatına görə, trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.