>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Avropa Liqası, 1/2 final: “Arsenal” “Atletiko”ya, “Marsel” “Zalsburq”a qarşı

Avropa Liqası, 1/2 final: “Arsenal” “Atletiko”ya, “Marsel” “Zalsburq”a qarşı
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdıracaq.

Fransa “Marsel”i isə turnirin sürpriz komandası “Zalsburq”la üz-üzə gələcək.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Avropa Liqası. Yarımfinal, ilk oyunlar

26 aprel

23:05. “Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya)

Baş hakim: Klemen Turpin (Fransa)

London. “Arsenal” stadionu

23:05. “Marsel” (Fransa) – “Zalsburq” (Avstriya)

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Marsel. “Velodrom” stadionu