>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Səudiyyə Ərəbistanından Məhəmməd Salaha SÜRPRİZ HƏDİYYƏ

Səudiyyə Ərəbistanından Məhəmməd Salaha SÜRPRİZ HƏDİYYƏ
“Liverpul”un heyətində uğurlu mövsüm keçirən, sərgilədiyi futbolla, dinindən, irqindən, milliyətindən asılı olmayaraq, bütün dünyanın rəğbətini qazanan Məhəmməd Salah Səudiyyə Ərəbistanından sürpriz hədiyyə alıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərəb ölkəsinin rəsmisi Fehd Ruki yerli qəzetlərdən birinə açıqlamasında bu xəbəri təsdiqləyib. Bu addımın Salahın İngiltərə Premyer Liqasında ilin futbolçusu seçilməklə, həm Avropada və dünyada İslamın təbliğindəki müsbət roluna görə, həm də gənclərə dəstək məqsədiylə atıldığını bildirib.

Ruki onu da qeyd edib ki, Salah həmin torpaq sahəsindən istədiyi kimi faydalana bilər.

Qeyd edək ki, Məhəmməd Salah İngiltərədə ilin futbolçusu adını alan ilk misirli, 2015/16 mövsümündə bu mükafatı alan əlcəzairli Riyad Mahrezdən sonra ikinci ərəb və afrikalı futbolçudur.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Roma” ilə ilk oyununda “Liverpul”un 5:2 hesablı qələbəsində onun rolu xüsusi vurğulanıb. Həmin oyunda dubl edən 25 yaşlı misirli ulduz bütün dünya mətbuatının gündəmini zəbt edib.