>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Alonso Azərbaycan Qran-Prisindən danışdı

Alonso Azərbaycan Qran-Prisindən danışdı
İspaniyanın "La Vanguardia" nəşrində "McLaren" komandasının ispan pilotu Fernando Alonsonun Azərbaycan Qran-Prisi haqqında fikirlərindən ibarət məqalə dərc edilib.

Axar.az-ın məlumatına görə, yazıda qeyd olunur ki, dünya şöhrətli pilot komandasının bolidinin məhdudiyyətlərini etiraf edir və Azərbaycan Qran-Prisində xüsusi bir dəyişikliyin olacağını gözləmir.

Fernando Alonso Bakı Şəhər Həlqəsi haqqında da fikirlərini bildirib. Pilot deyib ki, bu, hazırda ən sürətli və uzun şəhər trasıdır, bolidə qarşı olduqca tələbkardır.

O, həmçinin bütün pilotların Bakıdakı tras haqqında müsbət fikirdə olduqlarını qeyd edib.