>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Futbolda qeyri-adi hərəkət: hakimə qarşı simulyasiya - Video

Futbolda qeyri-adi hərəkət: hakimə qarşı simulyasiya - Video
Yunanıstan çempionatında qeyri-adi hadisə baş verib.

APA-nın məlumatına görə, XXVIII turda keçirilən “Apollon” – “Olimpiakos” qarşılaşmasında qonaqların futbolçusu Marko Marin qəribə hərəkətlə yadda qalıb.

Belə ki, matça əlavə edilmiş 1-ci dəqiqədə hakimin qərarına kəskin şəkildə etiraz edən almaniyalı yarımmüdafiəçi qarışıqlıq zamanı referinin ona toxunmasından sonra özünü yerə atıb. Adətən qarşıda rəqib futbolçu olduğu zaman futbolçu özünü yerə ataraq, onun vərəqə almasına çalışır. Ancaq Marin simulyasiyanı hakimə qarşı etməklə özü sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, görüş “Apollon”un 1:0 hesablı qələbəsi ilə nəticələnib.