>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Futbol üzrə İtaliya çempionatının lideri "Napoli"yə məğlub olub

Futbol üzrə İtaliya çempionatının lideri "Napoli"yə məğlub olub
Futbol üzrə İtaliya çempionatının 34-cü turunda "Yuventus" öz meydanında "Napoli"ni qəbul edib.

“Report” xəbər verir ki, görüş Kalid Kulibalinin 90-cı dəqiqədə başla vurduğu yeganə qol sayəsində qonaqların xeyrinə başa çatıb.

Belə olan halda, neapollular turinlilərlə xal fərqini 1-ə endirmiş olublar. Hazırda Maurisio Sarrinin yetirmələrinin aktivində 84 xal var. Turnir cədvəlinə 85 xalla Massimiliano Alleqrinin komandası liderlik edir. Çempionatın sonuna 4 tur qalıb.

34-cü turun oyun gününün digər matçlarında növbəti nəticələr qeydə alınıb:

A Seriyası. 34-cü tur

"Latsio" – "Sampdoriya" - 4:0

Qollar: Milinkoviç-Saviç, 32, de Vrey, 43, İmmobile, 85, 88.

"Kyevo" – "İnter" -1:2

Qollar: Stepinski, 90 – İkardi, 50, Perişiç, 61.

"Atalanta" – "Torino" - 2:1

Qollar: Freler, 53, Qosens, 64 – Lyayiç, 56.

"Udineze" – "Krotone" -1:2

Qollar: Lazanya, 5 – Nvankvo, 7, Faraoni, 86.

"Kalyari" — "Bolonya" - 0:0

"Yuventus" — "Napoli" - 0:1

Qol: Kulibali, 90