>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Real”dan “Barselono”ya 80 milyonluq zərbə

“Real”dan “Barselono”ya 80 milyonluq zərbə
“Real” transfer bazarında “Barselona”ya rəqib olub. Fanat.Az xəbər verir ki, “Kral Klubu” La Liqadakı əsas rəqibinin istədiyi David Alabaya elçi düşüb.

“Barselona” uzun müddətdi “Bavariya”nın futbolçunusu heyətinə qatmaq istəyir. “Real” isə onun üçün Almaniya klubuna 80 milyon avro təklif edib. Avstriyalı futbolçunun özünün də Madriddə oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, Alaba 2008-ci ildə “Austiya”dan “Bavariya”nın U-19 komandasına 150 min avroya keçib. Hazırda “Transfermarkt”un 38 milyon avro qiymət qoyduğu 25 yaşlı müdafiəçi cari mövsümdə 30 oyuna çıxaraq 1 qol vurub və 5 məhsuldar ötürmə edib.