>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Türk ulduz “Qarabağ”ın rəqibinə şok yaşatdı - 8 dəqiqədə

Türk ulduz “Qarabağ”ın rəqibinə şok yaşatdı - 8 dəqiqədə
İspaniya La Liqasının 29-cu turunda “Vilyareal” və “Atletiko Madrid” komandaları üz-üzə gəliblər.

Axar.az xəbər verir ki, “Vilyareal” 20-ci dəqiqədə geriyə düşsə də, türkiyəli futbolçu Enes Ünal matçın başa çatmasına 8 dəqiqə qalmış iki dəfə fərqlənərək (82, 90) komandasına qələbə qazandırıb.

“Atletiko”nun qolunu isə fransız ulduz Qrizman vurub.

Qeyd edək ki, “Atletiko” bu mövsüm “Qarabağ”la ÇL-nin qrup mərhələsində mübarizə aparıb və hər iki görüş bərabərliklə nəticələnib.