>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Maradona Putini seçkilərdə qələbə münasibətilə təbrik edib

Maradona Putini seçkilərdə qələbə münasibətilə təbrik edib
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Vladimir Putini ötən gün Rusiyada keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o, "Instagram"da yazıb.

"Bugünkü (martın 18-də-red) seçkilərdə Putindən əla nəticə. Mən ona heyran oluram. Ona görə ki, illər ötür, amma o, öz əminliyini və həmin enerjini saxlayır", - deyə Maradona "Instagram"da yazıb.

Maradona ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putinlə birgə foto çəkdirib. Əfsanəvi futbolçudan savayı dünyanın bir sıra dövlətlərinin, o cümlədən Venesuelanın və Boliviyanın dövlət başçıları da Putini qələbə münasibətilə təbrik ediblər.

Qeyd edək ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki protokollarının 85 faizinin hesablanmasına əsasən Putin seçicilərin 75 faizindən çoxunun səsini toplayıb.