>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Kataloniyada supermatç, İstanbulda formal oyun - YENİLƏNİR

Kataloniyada supermatç, İstanbulda formal oyun - YENİLƏNİR
Bu gün Çempionlar Liqasında 1/8 finalın sonuncu cavab matçları oynanılacaq.

Publika.az xəbər verir ki, İstanbulda baş tutacaq “Beşiktaş” – “Bavariya” qarşılaşması formal xarakter daşıyacaq. Almanlar evdə rəqibin qapısından 5 cavabsız top keçirib.

1/8 final mərhələsi “Barselona” – “Çelsi” matçı ilə başa çatacaq. İngiltərədəki qollu bərabərlikdən sonra kataloniyalılar daha şanslı görünür.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

14 mart

21:00. “Beşiktaş” (Türkiyə) – “Bavariya” (Almaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə)

İstanbul, “Vodafone Park” stadionu

İlk oyun – 0:5

23:45. “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə)

Baş hakim: Damir Skomina (Sloveniya)

Barselona, “Nou Kamp” stadionu

İlk oyun – 1:1