>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

“Pirelli” şirkəti Azərbaycan Qran-prisi üçün şin seçimini təsdiqləyib

“Pirelli” şirkəti Azərbaycan Qran-prisi üçün şin seçimini təsdiqləyib
İtaliyanın “Pirelli” şirkəti “Formula-1”in Azərbaycanda keçiriləcək Qran-pri mərhələsində istifadə oluna biləcək şinləri təsdiqləyib.

Trend-in "crash.net" saytına istinadən verdiyi məlumata əsasən, yarış zamanı “UltraSoft”, “SuperSoft” və “Soft” şinləri komandaların ixtiyarında olacaq.

Şirkəti 2018-ci il üçün şinləri daha az mühafizəkar etməyə çağırmışdılar, lakin italiyalı istehsalçı hal-hazırda öz çeşidində ən yumşaq olan "HyperSoft" şinlərini Bakı küçələrində ilk dəfə sınamaqdan imtına etdi.