>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Azərbaycan futbolunda görünməmiş hadisə - Qırmızı vərəqə aldı, hakimi döydü

Azərbaycan futbolunda görünməmiş hadisə - Qırmızı vərəqə aldı, hakimi döydü
27 dekabr 2017-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fans” – “ADBTİA” matçının 20-ci dəqiqəsində “Baku Fans” klubunun 20 №-li futzalçısı Aqşin Ömərov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən oyunun hakimi Yusif Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurub. Nəticədə hakim ciddi xəsarət alıb.

GoldNews.Az xəbər verir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
“Baku Fans” klubunun 20 №-li futbolçusu Aqşin Ömərov oyunun hakiminə qarşı fiziki təzyiq göstərdiyinə görə 2 il müddətinə futboldan kənarlaşdırılır.