>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Bavariya"nın oyunçusu Frank Riberi yoxlama oyununda 11 dəqiqə ərzində 3 qol vurub

"Bavariya"nın oyunçusu Frank Riberi yoxlama oyununda 11 dəqiqə ərzində 3 qol vurub
Almaniyanın "Bavariya" futbol komandası "Alyans Arena"da üçüncü divizion komandası "Zonnenhof Qrossaşpax"ı yoxlama oyununda qəbul edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Yupp Xaynkesin komandası rəqibinə 5:3 hesabı ilə qalib gəlib.

"Bavariya"nın tərkibində 34 yaşlı fransız Frank Riberi het-trik müəllifi olub. Belə ki, o, 11 dəqiqə ərzində 3 qol vurub.

"Bavariya" yanvarın 12-də Almaniya çempionatı çərçivəsində "Bayer"lə görüşəcək.