>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Spartak" Rusiya klublarının avrokuboklar tarixində ən böyük məğlubiyyətini alıb - VİDEO

"Spartak" Rusiya klublarının avrokuboklar tarixində ən böyük məğlubiyyətini alıb - VİDEO
İngiltərənin "Liverpul" klubu Çempionlar Liqasının 6-cı turunda Rusiyanın "Spartak" komandasını darmadağın edib.
“Report” xəbər verir ki, Liverpul şəhərinin "Enfild" stadionunda keçirilən görüş ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu məğlubiyyət Rusiya klublarının indiyə qədər avrokuboklarda keçirdiyi oyunlar arasında rekord olub. Bundan əvvəl Rusiya klubları heç vaxt 6 top fərqindən artıq məğlub olmayıblar.
17 mart 1993-cü il tarixində MOİK Çempionlar Liqasında "Marsel"ə, 14 sentyabr 1993-cü ildə isə UEFA Kubokunun 1/32 final matçında "Dinamo" "Ayntraxt"a (Frankfurt-na-Mayne) 0:6 hesabı ilə məğlub olub.