>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində V tura start veriləcək.
“Report” xəbər verir ki, ilk oyun günüdə E, F, G və H qruplarında yer alan kollektivlər üz-üzə gələcək.
Səkkiz müxtəlif ölkədə baş tutacaq matçlardan sonra daha 6 komandanın 1/8 finala vəsiqəni təmin etmək şansı var. Bunlar Türkiyənin “Beşiktaş”, İngiltərənin “Liverpul”, Portuqaliyanın “Portu”, Ukraynanın “Şaxtyor”, eləcə də İspaniyanın “Real Madrid” və “Sevilya” kollektivləridir. Lakin bu komandalardan yalnız 4-ü "play-off"a adlaya bilər.
Buna səbəb "Sevilya"nın "Liverpul", "Beşiktaş"ın isə "Portu" ilə qarşılaşmasıdır. Bu oyunlarda qalib tərəf qrupdan çıxacaq. 1/8 finala yüksəlmək üçün “Real Madrid” və “Şaxtyor”a da qələbə lazımdır.
Fransanın PSJ, Almaniyanın “Bavariya”, eləcə də İngiltərənin “Mançester Siti” və “Tottenhem” kollektivləri 1/8 finala vəsiqəni erkən təmin ediblər. Belçikanın “Anderlext”, Şotlandiyanın “Seltik” və Hollandiyanın “Feyenoord” klubları "play-off"a yüksəlmək şanslarını itiriblər.
Çempionlar Liqası, Qrup mərhələsi, V tur
21 noyabr
E Qrupu
21:00. "Spartak" (Moskva, Rusiya) - "Maribor" (Sloveniya)
23:45. "Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə)
Xal durumu: "Liverpul" - 8, "Sevilya" - 7, "Spartak" - 5, "Maribor" - 1.
F Qrupu
23:45. "Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna)
23:45. "Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya)
Xal durumu: "Mançester Siti" - 12, "Şaxtyor" - 9, "Napoli" - 3, "Feyenoord" - 0.
G Qrupu
23:45. "Monako" (Fransa) - "Leyptsiq" (Almaniya)
21:00. "Beşiktaş" (Türkiyə) - "Portu" (Portuqaliya)
Xal durumu: "Beşiktaş" - 10, "Portu" - 6, "Leyptsiq" - 4, "Monako" - 2.
H Qrupu
23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
23:45. APOEL (Kipr) - "Real Madrid" (İspaniya)
Xal durumu: "Tottenhem" - 10, "Real Madrid" - 7, "Borussiya", APOEL - 2.