>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İtaliya yığmasının 4 veteran futbolçusu karyerasını başa vurub

İtaliya yığmasının 4 veteran futbolçusu karyerasını başa vurub
Futbol üzrə İtaliya millisinin müdafiəçisi Andrea Bartsali İsveçdən olan rəqibləri ilə dünya birinciliyində iştirak hüququ uğrunda mübarizədən məğlub ayrıldıqları üçün məyus olduğunu bildirib.
“Report” xəbər verir ki, o, "Rai Sport"un canlı efirində Canluici Buffon, Daniele De Rossi və Corco Kyellini ilə birgə milli komandanın heyətində çıxışını başa vurduğunu deyib.
"Bu, mənim futbolda ən böyük məyusluğumdur. İtaliya yığması insanda nadir hisslər yaradır – siz dəri üzərində qırışları hiss edirsiz, bütün İtaliya azarkeşləri arasında dostluq münasibətləri yaranır, nəhayət yığma birləşir. Hər şeyin belə bitməsi əsl rüsvayçılıqdır.
Mən bilmirəm biz harda səhvə yol vermişik, bildiyim odur ki, dünya çempionatına çıxa bilmədik. Bu böyük bir məyusluqdur, uşaqlar bunu ürək acısı ilə qəbul etdilər. Bütün bunlar heç bir təsəlli vermir, lakin ümid edirəm ki, daha gənc futbolçular vəziyyəti ələ ala və bizdən də yaxşı nəsə edə bilərlər. 4-5 veteranın dövrü sona gəldi, indi gənc ac oyunçuların dövrü başlayır, bu belə də olmalıdır", - deyə futbolçu əlavə edib.