>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Canluici Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşıb

Canluici Buffon göz yaşları içində İtaliya yığması ilə vidalaşıb
"Yuventus" klubunun qapıçısı Canluici Buffon İtaliya milli komandası ilə vidalaşıb.
"Report"un məlumatına görə, bu barədə 39 yaşlı qolkiper "Skuadra Adzurra"nın İsveçə iki oyunun nəticəsinə görə uduzaraq, 2018-ci il dünya çempionatından kənarda qaldığı oyundan sonra açıqlama verib.
Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm".
İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya cavab oyunundan qolsuz bərabərliklə ayrılıb. Bununla da Canluici Buffonun komandası 1958-ci il dünya çempionatından sonra ilk dəfə mundialdan kənarda qalıb.