>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

İtaliyalı siyasətçi Buffona idman naziri olmağı təklif edib

İtaliyalı siyasətçi Buffona idman naziri olmağı təklif edib
"Rinascimento" partiyasının təmsilçisi, italiyalı siyasətçi Vitorrio Sqabri bildirib ki, o, "Yuventus" klubunun qapışısı Canluici Buffonu idman naziri postunda görmək istəyir.

Trend-in "sports.ru"ya istinadən verdiyi məlumata görə, o, bildirib ki, biz seçkilərdə qazansaq, Buffon idman naziri olacaq: "O, münasib namizəddir, bu ölkənin yığmasında oynayır və yaxınlarda karyerasını başa çatdıracaq. O, incəsənət və siyasətlə maraqlanır. Buffon artıq bu məsələdə marağı olduğunu bildirib, bu təklifdən sonra mənə yazıb".

Qeyd edək ki, Buffon karyerasını Rusiyada keçirilən DÇ-2018-dən sonra bitirə bilər.