>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

"Qarabağ"dan darmadağın - VİDEO

"Qarabağ"dan darmadağın - VİDEO
Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə yalnız bir qarşılaşma baş tutub.

Son çempion “Qarabağ” doğma azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib. Görüşdə hesabı qonaqlar açıblar. Ağdam təmsilçisi ilk yarıda bu erkən qola cavab verə bilməsə də, fasilədən sonra “coşub”. Belə ki, ardıcıl 4 qol vuran Qurban Qurbanovun yetirmələri qarşılaşmadan inamlı və əzmkar qələbə ilə ayrılıblar.

Azərbaycan Premyer Liqası

VI tur

22 sentyabr (cümə)

“Qarabağ” – “Sumqayıt” 4:1
Qol: P.Enrike, 56. R.Almeyda, 62-pen. M.Mədətov, 65; 73 – B.Həsənalızadə, 7.
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu.

“Qarabağ”: 1. Anton Kanibolotski, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 70. Nicat Süleymanov, 88. Elşən Abdullayev, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Baş məşqçi: Qurban Qurbanov.
“Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 23 sentyabr (17:30. “Səbail” – “Kəpəz”, 20:00. “Zirə” – “İnter”). 24 sentyabr (“Qəbələ” – “Neftçi”).