>>Saytın köhnə xəbər və görünüşü << >>Bizimlə əlaqə<<
Son Xəbərlər

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçiriləcək

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçiriləcək
Futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin I turu çərçivəsində növbəti matçlar keçiriləcək.
“Report” xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunda yer alan komandalar üz-üzə gələcək.
Turnirin son qalibi “Real Madrid” yeni mövsümə APOEL-ə qarşı ev oyunu ilə başlayacaq. Yarışın favoritlərindən sayılan “Mançester Siti” “Feyenoord”un qonağı olacaq.
Günün mərkəzi görüşü İngiltərədə baş tutacaq. Burada “Liverpul” “Sevilya”nı qəbul edəcək. Türkiyə təmsilçisi “Beşiktaş” isə səfərdə “Portu” ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
13 sentyabr
E qrupu
22:45. “Maribor” (Sloveniya) – “Spartak” (Moskva, Rusiya)
22:45. “Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya)
F qrupu
22:45. “Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)
22:45. “Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya)
G qrupu
22:45. “Leyptsiq” (Almaniya) – “Monako” (Fransa)
22:45. “Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)
H qrupu
22:45. “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
22:45. “Real Madrid” (İspaniya) – APOEL (Kipr)